RU

Xamenei müşavirini Dəməşqə GÖNDƏRDİ

İranın ali dini liderinin müşaviri Əli Laricani Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb, İranın Suriya hökumətinə dəstək mesajını çatdırıb.

Musavat.com xəbər verir ki, məlumatı Mehr Agentliyi yayıb.

Məlumata görə, görüş dekabrın 6-da Suriyanın paytaxtı Dəməşqdə baş tutub.

Bu arada, İran parlamentinin yüksək vəzifəli deputatı və İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Yaqub Rezazadə ölkənin Suriyadakı səfirliyinin bağlanması və onun əməkdaşlarının, eləcə də hərbi müşavirlərin Dəməşqdən təxliyəsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

O bildirib ki, diplomatlar və komandirlər hələ də ərəb ölkəsindədir: “Biz öz müşavirlərimizi və səfirliyin əməkdaşlarını təxliyə etməmişik. Onlar Dəməşqdədirlər”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bu gün səhər saatlarında ölkənin Dəməşqdəki diplomatik nümayəndəliyinin adi qaydada fəaliyyət göstərdiyini bildirib.

Bəqayi İranın Dəməşqdəki səfirliyinin boşaldılması ilə bağlı iddiaları birmənalı olaraq rədd edib.

Musavat.com

Избранный
49
musavat.com

1Источники