RU

Kəlbəcərdə İdarələrarası mərkəzin işçi qrupunun növbəti iclası

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən idarələrarası mərkəzin iqtisadi məsələlər üzrə işçi qrupunun Kəlbəcər şəhərində növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, iclasda işçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması məqsədilə əhatəli və məqsədyönlü infrastruktur layihələrinin icra olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ərazilərdə iqtisadi fəallığın sürətləndirilməsi, tətbiq edilən güzəşt və azadolmalar barədə maraqlı tərəflər, o cümlədən sahibkarlıq subyektləri üzrə maarifləndirmə işlərinin aparılması, onların güzəşt və azadolmalardan faydalanması üçün rezident statusunun verilməsi və vergi uçotuna alınması istiqamətində işlər davam etdirilir.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev rayonda aparılan bərpa və quruculuq işlərindən danışıb. O, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi məqsədilə Kəlbəcər rayonunda müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar barədə məlumat verib, iş adamlarının burada biznes fürsətlərindən lazımınca yararlana biləcəyini vurğulayıb. Tədbirdə, həmçinin Dövlət Proqramının icrası çərçivəsində 2025-2026-cı illər üzrə nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.

İclasdan sonra iqtisadi məsələlər üzrə işçi qrupun üzvləri Kəlbəcər şəhərində yaradılmış infrastrukturla və hazırda davam edən bərpa-quruculuq işləri ilə yerində tanış olublar.

Избранный
26
13
xalqqazeti.az

10Источники