RU

Suriyadakı rus bazalarının taleyi… - Cəlali “məyus” etdi

Suriyadakı Rusiya bazaları məsələsi mənim səlahiyyətlərimə aid deyil.

Axar.az xəbər verir ki, bu sözləri müxalifətin ələ keçirdiyi Dəməşqdə qalmağa davam edən və hakimiyyətin ötürülməsinə hazır olduğunu bildirən Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali “Əl-Ərəbiyyə”nin sualını cavablandırarkən deyib.

O bildirib ki, rus bazalarının taleyinə yeni hakimiyyət qərar verəcək.

Baş nazirin sözlərinə görə, hazırda Suriya Müdafiə Nazirliyində vəziyyət anlaşılmazdır.

Cəlali özü ilə bərabər, bir neçə nazirin də Dəməşqdə qaldığını, Bəşər Əsəd və müdafiə nazirinin harada olduğunu bilmədiyini vurğulayıb.

Qeyd edək ki, "Heyət Təhrir əş-Şam" bu gün Suriya paytaxtı Dəməşqi ələ keçirib və Əsəd rejiminin bitdiyini elan edib.

Избранный
61
axar.az

1Источники