RU

Aİ Suriyada baş verənlərə münasibət bildirib: Əsəd rejiminin sonu çoxdan gözlənilirdi

Avropa İttifaqı (Aİ) Suriyada baş verən hadisələrə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X”də yazıb.

O bildirib ki, Bəşər Əsəd hakimiyyətinin sonu çoxdan gözlənilən hadisə idi:

“Bu, həm də Əsədin dəstəkçiləri olan Rusiya və İranın zəifliyini göstərir. Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm”.

Избранный
29
8
far.az

9Источники