RU

Qadın mühafizəçini girov götürüb, binanın girişini yandırdılar - ANBAAN VİDEO

Adanada yaşayış kompleksində qadın mühafizəçi iki şəxs tərəfindən tapança ilə girov götürüb.

Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki maskalı adamdan birinin kimliyi təəccüb doğurub.

Belə ki, onlardan biri müvəqqəti olaraq uzaqlaşdırılan çavuş olduğu üzə çıxıb. Çavuşun qisas almaq üçün qardaşını bıçaqlayan şəxsin atasının yaşadığı yerə binaya gedib.

Adananın Çukurova səmtinin "Huzur evleri" məhəlləsində yerləşən kompleksdə yaşayanlar axşam 19:00 radələrində dəhşət yaşayıblar.  Ersoy G. H.B. tərəfindən bıçaqlanıb. Xəstəxanada müalicəsi tamamlanan Ersoy G. evə buraxılarkən hadisəni törədən H.B. həbs olunub.

Ersoy G-nin böyük qardaşı Duran G. intiqam almaq üçün dostu Can K. ilə H.B.-nin atası Ahmet B.-nin yaşadığı əraziyə gedib. Yaşayış kommpleksinə daxil olmaq istəyən Duran G. qadın mühafizəçi Yağmur A ilə qarşılaşıb. Mühafizəçidən Ahmet B-nin avtomobil hansı olduğunu soruşan Duran G. cavab almayınca özündən çıxıb. Yağmuru girov götürən Duran G. qadını silahla qorxudaraq maşının yerini öyrənməyə çalışıb.

Bu an Duran G.-nin təsadüfən atəş açması və baş verənlər təhlükəsizlik kamerasının obyektivinə düşüb. Onun dostu Can K. binanın girişinə benzin tökərək yandırıb. Daha sonra iki şübhəli hadisə yerindən qaçarkən avtomobili qaçırmağa cəhd etsə də, buna nail ola bilməyiblər və ərazidən qaçıblar.

Xəbər üzərinə bölgəyə cəlb olunan polis kameraların görüntülərini araşdırıb. İstintaq zamanı məlum olub ki, Duran G Muğlada mütəxəssis çavuş vəzifəsində işlədiyi vaxt bir hadisəyə görə vəzifəsindən uzaqlaşdırılıb.

Polis şübhəliləri keçirdiyi əməliyyatla yaxalayıb. Onlar məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

  • Qadın
  • Qadın
  • Qadın
  • Qadın
Избранный
55
2
day.az

10Источники