RU

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xocalıya səfər ediblər

“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndi şəhərindən sonra Xocalıya gəliblər...

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar şəhər mərkəzində olublar.

Burada qonaqlara ermənilərin törətdikləri vəhşiliklər, şəhərin 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra azad edilmiş Xocalıda aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Həmçinin bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb.

Qeyd edilib ki, Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalıda da böyük bərpa-quruculuq işləri həyata keçirilir. Artıq Xocalı sakinləri doğma şəhərlərinə qayıdıblar.

Səfər zamanı nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Poliqon.info

Избранный
31
8
poliqon.info

10Источники