RU

Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi səyyar xidmət göstərəcək

Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi Fransanın şəhərlərində səyyar konsulluq xidmətləri göstərəcək.

"Report” xəbər verir ki, dekabrın 14-də Fransanın Nant şəhərində, fevralın 8-də Strasburq şəhərində konsulluq xidmətləri göstəriləcək.

Bu şəhərlərdə yaşayan azərbaycanlılar səyyar konsulluq xidmətləri zamanı Ümumvətəndaş pasportlarının yenilənməsi, konsulluq-hüquq sahəsində məsləhətlər üçün müraciət edə biləcəklər.

www.anews.az
Избранный
48
10
anews.az

10Источники