RU

Aİ daha yaxşı gələcək üçün Suriya xalqı ilə işləməyə hazırdır

Suriyada hakimiyyət dəyişikliyindən sonra Avropa İttifaqı daha yaxşı gələcək üçün bu ölkənin xalqı ilə işləməyə hazırdır.

Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının yeni Prezidenti Antonio Koşta deyib.

“Bəşər Əsədin hakimiyyətinin sona çatması ilə bütün Suriya xalqına azadlıq və sülh üçün yeni bir fürsət yaranıb. Bu, regionun sabitliyi üçün çox vacibdir”, – Koşta bildirib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri – Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir./Report/

Избранный
47
13
yenicag.az

10Источники