RU

Britaniyanın Baş naziri: Bəşər Əsədin hakimiyyətdən getməsini alqışlayırıq

Suriyada son saatlarda və günlərdə baş verən hadisələr görünməmiş bir hadisədir və biz bölgədəki tərəfdaşlarımızla məsləhətləşir və vəziyyəti yaxından izləyirik.

Bizim.Media xəbər verir ki, bunu Britaniyanın Baş naziri Keir Starmer yaydığı bəyanatda bildirib.

“Suriya xalqı Bəşər Əsədin hakimiyyəti altında çox uzun müddət əziyyət çəkib və onun hakimiyyətdən getməsini alqışlayırıq.

Hazırda diqqətimiz sülh və sabitliyin bərpa olunmasına yönəlib biz bütün tərəfləri mülki insanları qorumağa habelə yaxın saatlarda və günlərdə ən həssas təbəqələrə yardımın çatdırılmasın təmin etməyə çağırırıq” - deyə bəyanatda bildirilib.

Bizim.Media

Избранный
21
12
bizim.media

10Источники