RU

İRAN QORXU İÇİNDƏ

"Dəməşqin silahlı müxalifət tərəfindən ələ keçirilməsindən sonra Suriyada vətəndaş müharibəsi və ya ölkənin dağılması başlaya bilər".

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziya və radio şirkətinin efirində deyib.

“Biz Suriyadakı hadisələri izləyirik və qorxunun yaranmasına imkan vermək istəmirik. Bu qorxular vətəndaş və ya məzhəb müharibəsinin başlanması, Suriyanın qismən və ya tamamilə dağılması və terrorçuların sığınacağına çevrilməsi ehtimalı ilə bağlıdır”, - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Xatırladaq ki, noyabrın 28-də silahlı Suriya müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçiblər. Onlar Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Hüms və Həmaya daxil olublar.

Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər.

Избранный
69
6
publika.az

10Источники