RU

Əl-Culani kimdir? – DOSYE

Əbu Məhəmməd əl-Culani (doğum adı Əhməd Hüseyn əl-Şaraa) 1982-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda anadan olub.

Herbiand.az BBC-y istinadən xəbər verir ki, o anadan olan zaman atası Ər-Riyadda neft sənayesində mühəndis işləyib.

Ailə 1989-cu ildə Suriyaya qayıdıb və Dəməşq yaxınlığında məskunlaşıb.

Onun Suriyadakı uşaqlığı haqqında çox az şey məlumdur. O, 2003-cü ildə 19 yaşında İraqa getdiyi və özünün dediyi kimi ABŞ-ın işğalına müqavimət göstərmək üçün Əl-Qaidə sıralarına qoşulduğu zaman cihadçılar arasında şöhrət qazanmağa başlayıb.

2006-cı ildə o, İraqda ABŞ qüvvələri tərəfindən həbs edilib və təxminən 5 il həbsdə qalıb.

Əslində, azadlığa çıxandan dərhal sonra “Əl-Qaidə” ona Suriyada filial yaratmağı tapşırıb. Bu tapşırığı yerinə yetirmək üçün ona qrupun ən təcrübəli üzvlərinin köməyi olub.

Onlardan biri İraqdakı İslam Dövlətinin gələcək lideri Əbu Bəkr əl-Bağdadi (2019-cu ildə öldürülüb) idi və əl-Culani həmin dövrdə onunla çox məsləhətləşdi.

Tezliklə (2012-ci ilin yanvarında) Suriyada Levant Xalqına Yardım Cəbhəsi kimi tanınan Cəbhət ən-Nusra qrupu meydana çıxır.

Fəaliyyətlərini Əl-Bağdadi ilə koordinasiya edən bu qrup Suriyanın Bəşər Əsədin hakimiyyətindən narazı qalan bölgələrində, xüsusən də İdlibdə çox tez nüfuz qazanıb.

Əbu Məhəmməd əl-Culani 2014-cü ildə “Əl-Qaidə”nin rəhbəri kimi televiziyaya verdiyi ilk müsahibəsində deyib ki, Suriya onun nəzarətinə keçsə, ölkə Əl-Nusranın İslam qanunlarının şərhinə uyğun yaşayacaq.

O, həmçinin ölkədə xristianlar və ələvilər kimi azlıqlara yer olmayacağını bildirib.

Lakin zaman keçdikcə o baxışlarında müəyyən dəyişikliklər edib.

2016-cı ildən başlayaraq əl-Culani ideoloji olaraq “Əl-Qaidə”dən uzaqlaşmağa başlayıb. Qlobal xilafət yaratmaq ideyası artıq ona yaxın deyildi. O, daha çox Suriya daxilində öz qrupunun mövqelərini gücləndirməkdə maraqlı idi.

Beləliklə, əl-Culaninin başçılıq etdiyi və onun “Cəbhət Fateh əl-Şam” adlandırdığı kiçik qrup “əl-Qaidə”nin bir qolu olaraq qalan ən-Nusra Cəbhəsindən ayrılır.

2017-ci ilin əvvəlində minlərlə üsyançı Hələbi işğal edən hökumət qoşunlarından qaçaraq əl-Culaninin həmin an olduğu İdlibə axışdı. Onların bir çoxu təcrübəli əl-Culani ətrafında birləşdi və “Həyat Təhrir əl-Şam” qruplaşması meydana çıxdı.

O vaxtdan bəri əl-Culani hər cür yolla özünü digər silahlı qruplardan ayırmağa çalışır və bununla da Suriyanın taleyində özünəməxsus missiyasını vurğulayır.

Heyət Təhrir əl-Şamın bəyan etdiyi əsas məqsəd Suriyanı Əsədin avtoritar hökumətindən azad etmək və “İran silahlılarını” ölkədən çıxarmaqdır.

Bununla yanaşı, Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi qeyd edir ki, qrupun məqsədlərinə İslam qanunlarının öz şərhinə uyğun dövlət yaratmaq daxildir.

Избранный
50
38
herbiand.az

10Источники