Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 46,3 milyon manat təşkil edib.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, 1 dekabr 2024-cü il tarixə ehtiyatların qalıq məbləği ilin əvvəli ilə müqayisədə 3 dəfə artaraq 20,1 milyon manata çatıb.
Hesabat dövründə verilən güzəştli kreditlərin 16,6 milyon manatı geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 3 dəfə üstələyir. Bununla yanaşı, problemli kreditlərin geri qaytarılması üzrə 10,5 milyon manat vəsait toplanıb ki, bu da 2023-cü ilin yanvar-noyabr aylarına nisbətdə 14 dəfə çoxdur.