Olaylar.az xəbər verir ki, İran xarici işlər naziri Abbas Arakçı sözügedən məsələyə münasibət bildirib.
O qeyd edib ki, Suriya təhlükəsizlik qüvvələri İdlibdəki hərəkatlardan xəbərdar idi, lakin orduda çatışmazlıq müqavimət göstərməyə yetərli olmadı:
"Suriya ordusu (Əsəd rejiminə bağlı qüvvələr - red.) motivasiya itkisi yaşayırdı. Bu vəziyyət də təbliğat və psixoloji müharibədən qaynaqlanır".
XİN başçısı eyni zamanda qeyd edib ki, İranın Suriyadakı hərbi varlığı İŞİD-lə mübarizə ilə məhdudlaşır:
"Suriyanın daxili problemlərinin həlli isə hökumətin üzərinə düşən vəzifədir".
Qeyd edək ki, 8 dekabrda "Heyət Təhrir əş-Şam" qruplaşması Dəməşqi ələ keçirərək, Bəşər Əsəd rejimini devirib. Bəşər Əsəd ailəsi ilə birgə Rusiyaya sığınıb. (Axar)