CNN Türk kanalının müxbiri Fulya Öztürk Suriyanın Menbiç şəhərindən canlı yayımla bölgədəki son vəziyyəti təqdim edib.
Musavat.com-un məlumatına görə, Fulya Əsəd rejiminin devrilməsindən sonra yaranan durumla bağlı izləyiciləri məlumatlandırıb.
Canlı yayım zamanı nümayiş olunan görüntülərdə dağılan avtomobillər və öldürülmüş terrorçuların cəsədləri diqqət çəkib. Müxbir bölgədə vəziyyətin gərgin olduğunu vurğulayaraq, dağıntıların miqyasını təsvir edib.