RU

"Taliban" Bəşər Əsədin hakimiyyətdən getməsi ilə əlaqədar Suriya xalqını təbrik edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatının rəhbərliyi Suriya xalqını və "Həyat Təhrir əş-Şam"ı (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) ölkədə baş verən hakimiyyət dəyişikliyi münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, təbrik mesajı Əfqanıstan Xarici İşlər Nazirliyinin "X" səhifəsində dərc edilib.
"Əfqanıstan Xarici İşlər Nazirliyi Suriya xalqını və "Həyat Təhrir əş-Şam"ı münaqişə və qeyri-sabitlik amilinin aradan qaldırılmasına səbəb olan son qələbələr münasibətilə təbrik edir"? - deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifətinin silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçiblər. Dekabrın 7-də axşam saatlarında Suriya Prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəraa və Homsu ələ keçiriblər.
Dünən səhər saatlarında isə silahlı qruplar Dəməşqə daxil olublar, Bəşər Əsədin ölkəni tərk edərək Moskvaya uçduğu məlum olub.
Избранный
58
28
oxu.az

10Источники