RU

ABŞ Suriyaya hava zərbəsi endirdi - 75 hədəf bombalandı

ABŞ Mərkəzi Komandanlığı sosial media hesabından Suriyadakı fəaliyyətləri ilə bağlı açıqlama verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada Suriyanın mərkəzi bölgələrində İŞİD-ə aid olduğu bilinən bölgələrə hava zərbələri endirildiyi bildirilib.

Açıqlamada ABŞ Hərbi Hava Qüvvələrinə aid müxtəlif təyyarələrdən istifadə edilməklə 75-dən çox hədəfin vurulduğu, hücumlarla bağlı zərərin qiymətləndirilməsi işlərinin davam etdiyi, mülki itkilərin olmadığı bildirilib. Açıqlamada həmçinin, hücumların Suriyadakı mövcud vəziyyətdən istifadə edərək İŞİD-in yenidən strukturlaşmasının qarşısını almaq məqsədilə həyata keçirildiyi bildirilib.

Избранный
41
sia.az

1Источники