Vladimir Zelenski hesab edir ki, Ukraynada sülhün və atəşkəsin bağlanmasının vaxtı çatıb, Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp deyib.
“O, barışmaq istəyir. Bu, yeni bir şeydir… O, atəşkəs istəyir”, – Tramp “New York Post” qəzetinə müsahibəsində deyib.
Trampın sözlərinə görə, o, bu məsələni Parisdə Zelenski ilə görüşdə müzakirə edib.
ABŞ-ın gələcək prezidenti həmçinin bildirib ki, Ukraynadakı “gülünc” münaqişəyə son qoymaq üçün konsepsiya hazırlayır.
Dekabrın 8-də Tramp Fransada Zelenski və Fransa lideri Emmanuel Makronla görüşündən sonra Ukrayna ilə bağlı atəşkəsə və sülh danışıqlarına başlamağa çağırıb.
DOĞRU.AZ