RU

Beyonsun əri 13 yaşlı qıza təcavüz etməkdə ittiham olunur

Dünya pop səhnəsinin ulduzu Beyonsun həyat yoldaşı, 55 yaşlı repçi Cey Zi həmkarı və dostu Pi Diddi (əsl adı - Şon Kombs) ilə birlikdə 13 yaşlı qıza təcavüz etməkdə günahlandırılıb. 

OLAY yazır ki, bu barədə “Daily Mail” nəşri məhkəmə sənədlərinə istinadən məlumat yayıb. 

Qızın sözlərinə görə, bu, 2000-ci ildə MTV Video Musiqi Mükafatları mərasimindən sonra baş verib.

Belə ki, qızın mərasimdən sonra qonaqlığa dəvətsiz gəldiyi iddia edilib. Orada o, əvvəlcə sərxoş olub, sonra isə Cey Zi və Pi Diddi tərəfindən təcavüzə məruz qalıb. 

Eyni zamanda bunu izləyən şəxsiyyəti hələ açıqlanmayan bir şəxsdə olub. Daha sonra qız onların əlindən qaça bilib.

Cey Zi özü artıq sosial şəbəkələrdə bu ittihamlara münasibət bildirib və qızın vəkili Toni Buzzbinin onu şantaj etmək istədiyini bildirib:

“O, düşünür ki, ictimai təzyiqlər məni bu məsələni həll etmək istəyinə sövq edəcək. Yox, bəy, bunun əks təsiri oldu. İndi mən sizi saxtakarlığa görə ifşa etmək istəyirəm. Mən sizə bir qəpik də verməyəcəyəm”

Избранный
47
olay.az

1Источники