RU

Hindistandan Əsəd etirafı: “Bizi Pakistana qarşı dəstəkləyirdi”

Kəşmir məsələsində (Pakistana qarşı) Dehlini dəstəkləyən Suriya Prezidenti Bəşər Əsədin devrilməsi İslam dünyasında Hindistana zərbə olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” qəzeti yazır.

Nəşrin fikrincə, Əsədin devrilməsi Pakistanla Kəşmir münaqişəsində Hindistanın mövqeyini sarsıdacaq:

“Suriyada Əsəd rejiminin süqutu İslam dünyasında Hindistana zərbədir. Əsədin rəhbərliyi altında olan Suriya İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, Hindistanın Kəşmirlə bağlı mövqeyini ardıcıl dəstəkləyib”.

Qəzet vurğulayır ki, Əsəd dönəmində Suriya Pakistanla məhdud əlaqələri qoruyaraq, Hindistanla çoxtərəfli platformalar da daxil olmaqla, daha sıx siyasi əlaqələri inkişaf etdirib.

Məqalədə vurğulanır ki, İslamabad Kəşmir məsələsində Əsədin dövründə Suriyadan dəstək almayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
31
teleqraf.com

1Источники