RU

İran Bəşər Əsəd hökumətinə kömək etməkdən imtina edib

“The Wall Street Journal” (WSJ) Suriya rəsmilərinə istinadən yazır ki, İran hakimiyyəti anti-hökumət qüvvələrinin hücumu səbəbindən istefa verən Suriya prezidenti Bəşər Əsədi islamçı qruplarla qarşıdurmaya hazır olmamaqda, sonra isə əlavə qüvvələr göndərməkdən imtina etməkdə ittiham edib.

WSJ-nin məlumatına görə, İran əvvəlcə Suriyaya Bəşər Əsəd hökumətinə yardımın “hətta çatacağı təqdirdə məhdud olacağını” bildirib. Lakin sonradan Tehran İsrailin təhdidinə görə Dəməşqə əlavə hərbi qüvvə göndərə bilməyəcəyini bəyan edib. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, ötən həftə Suriyaya uçan İran təyyarəsi İsrailin hava hücumları təhlükəsi üzündən geri dönüb.

Nəşr qeyd edir ki, İran hakimiyyəti yardım göstərmək əvəzinə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) “döyüşlərə qarışmamaq” əmrini verib və sonra onların şəxsi heyətinin təhlükəsiz çıxışını təşkil edib. Media yazır ki, İran hələ Dəməşqin yaraqlıların nəzarətinə keçməmişdən əvvəl Ərəb Respublikasından diplomatlarını və hərbi müşavirlərini geri çəkməyə başlayıb.

Xüsusilə, SEPAH tərkibindəki Qüds Qüvvələrinin yüksək rütbəli komandirləri, eləcə də İran diplomatik missiyasının üzvləri və onların ailə üzvləri çıxarılıb.
Dekabrın 9-da axşam silahlıların hakimiyyəti ələ keçirdiklərini elan etdikdən bir neçə saat sonra İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran hökumət əleyhinə qüvvələrin mümkün hücumu barədə Dəməşqə məlumat ötürüb. O, “Suriya ordusunun vəziyyətin öhdəsindən gələ bilməməsini” təəccüblü adlandırıb.

Xatırladaq ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri İran Bəşər Əsədin əsas müttəfiqlərindən biri olub və “Hizbullah” da daxil olmaqla iranpərəst qruplar ona yardım edib. Livan mənbələri “Reuters” agentliyinə bildiriblər ki, silahlılar Dəməşqə yaxınlaşdıqca, sonuncu öz qüvvələrini Suriyadan çıxarıb.

//Samir Qurbanov, Editor.az

Избранный
26
3
editor.az

4Источники