RU

Məşhur reperin adı ilginc olayda hallanır

ABŞ-lı reper “Jay-Z” 2000-ci ildə şənlik zamanı əvvəllər cinsi təcavüz iddiaları ilə məşğul olan “Diddi” ilə birlikdə 13 yaşlı qıza təcavüz etməkdə ittiham olunur. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yüzlərlə insana qarşı cinsi istismar və təcavüzdə ittiham olunan məşhur reper Şon Kombs xalq arasında "Diddi" kimi tanınır. 

Son zamanlar "Jay-Z" kimi tanınan məşhur reper Şaun Karterin adı da Combs ilə bağlı cinsi təcavüz ittihamlarında hallanır. Oktyabr ayında Diddiyə qarşı iddia qaldıran, onu zorlamada ittiham edən zərərçəkmişin tələbi ilə "Jay-Z" də müttəhim qismində iş materiallarına daxil edilib.

Məşhur reper Şon Kombs sentyabrın 16-dan Nyu-Yorkdakı Metropol təcridxanasında saxlanılır. 

Faktla bağlı araşdırma davam edir. 

Ağa Dadaşzadə

Избранный
43
news24.az

1Источники