1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə komitədən məlumat verilib.
Bildirib ki, həmin namizədlərlə test imtahanı cari il dekabrın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunacaq.
İmtahan DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.