RU

"Ərimin xəyanətini öyrənəndən sonra məni sudurqa tutdu"

Müğənni Aynur Dadaşova həyat yoldaşını xəyanət üstündə tutub.

Milli.Az xəbər verir ki,müğənni bu barədə qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Səkkiz il əvvəl ailəsinin dağıldığını deyən Aynur bildirib ki, həyat yoldaşını xəyanət üstündə tutub:

"Mən tikanlı gül olub ortada qalmaq istəmirəm. Kənara çəkilsəm daha yaxşıdır. Nədənsə ötrü gündə qan - qaraçılıq. Başqa xanımla illərdir ki, münasibəti varsa artıq orada sevgi yoxdur. Səni sevmir, başqa, sevdiyi xanımın yanındadır. Ona görə də çəkilib kənarda durdum ki, xoşbəxt həyat yaşasın. Ərimin başqa qadını sevməsini 4 il idi ki, bilirdim. Əgər o sevirsə başqasını qoy xoşbəxt olsun. Mən niyə onların ortasında qalmalıyam. Mən eşidirdim amma inanmırdım , necə ola bilər ki, sevgi nifrətə çevrilsin. Elə şey ola bilməz. Amma oldu... Hər şeyi öz qulağımla eşidərək, bütün danışıqları dinləyərək öyrəndim ki, həyat yoldaşım mənə xəyanət edir və başqasını sevir. Bundan sonra məni sudurqa tutdu. Çox gözəl insan olub. Bir xanım kimi xoşbəxt olmuşam. Amma indi özüm əziyyət çəkirəm, işləyirəm. Bir insan əgər öz xoşbəxtliyini tapırsa ona niyə pislik etməliyəm? Əziyyəti mən çəkdim amma ona dedim ki, get xoşbəxt ol. Onların ailə qurmaqları haqda məlumatım yoxdur, çünki bu mənə maraqlı deyil. O qadından övladının olub və ya olmadığını da bilmirəm".

Milli.Az

Избранный
34
50
milli.az

10Источники