RU

Diplomatik xidmətə qəbul olunmayacağı nəzərdə tutulan şəxslərin siyahısı müəyyənləşir

Diplomatik xidmətə qəbul olunmayacağı nəzərdə tutulan şəxslərin siyahısı müəyyənləşir.

Bu, “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, din xadimləri, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, yaxud barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər diplomatik xidmətə qəbul olunmayacaqlar.

Избранный
24
13
aznews.az

7Источники