RU

Türkiyənin Suriyada yeni prioritetləri...

Türkiyə Suriyadakı siyasətinin üç əsas istiqamətini müəyyən edib ki, bunlar arasında PKK-ya mübarizə ilk sıradadır.

“İki sahil” xəbər verir ki, bu haqda türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Ankaranın prioritetləri arasında keçid prosesinin düzgün işləməsi və yeni Suriyanın qurulması da var.

Türkiyə hökuməti bu ölkədə olan 2 milyon 938 minə yaxın suriyalı qaçqınların geri qayıtmasında da maraqlıdır.

Suriyanın şərqində və şimal-şərqində əyalətin əksəriyyəti ABŞ-ın dəstəklədiyi PKK-ın Suriya qolunun nəzarətindədir: Rakka, Haseke və Deyr əz-Zor əyalətlərinin bir hissəsi də onların nəzarətindədir. Həmin ərazilərdəəl-Tanak və əl-Ömər böyük neft yataqları yerləşir.

Избранный
47
ikisahil.az

1Источники