RU

Lukaşenko ekstremizm ittihamı ilə məhkum olunan 29 nəfəri əfv etdi


Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist fəaliyyətdə ittiham olunaraq məhkum edilmiş 29 nəfərin əfv edilməsi barədə fərman imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, əfv üçün müraciət edənlərin hamısı etdikləri əməllərdən peşman olduqlarını bildiriblər. Bu, prezidentə yaxın olan "Pervogo Pula" Telegram kanalında da vurğulanıb.

Qeyd edək ki, Belarus hakimiyyəti son dövrlərdə ekstremizmə qarşı mübarizəni prioritet elan edib. Bu qərar, ölkədə siyasi vəziyyətin nisbətən yumşaldılması cəhdi kimi qiymətləndirilir.

Избранный
21
1
musavat.com

2Источники