RU

Əsədin dəhşətin simvolu olan yeraltı həbsxanası:100 min məhbus axtarılır

Suriyada noyabrın 27-də Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan müxaliflər 61 illik hakimiyyəti devirib.

Suriyada müxalifətin devirdiyi rejimin işgəncələri ilə tanınan Sednaya həbsxanasında təhlükəsizlik kameraları tərəfindən müəyyən edilən, lakin hələ də əlaqə saxlanıla bilməyən 100 mindən çox məhbus görüntülənib. 

“Cebheinfo.az” xəbər verir ki, müxaliflər xəritələrə baxaraq binanın quruluşunu anlamağa və məhbusları xilas etməyə çalışırlar. 

Baas rejiminin gizli yeraltı hücrələri 

Suriyada rejimin yıxılmasının ardından Sednaya həbsxanasında sağ qalanların gizli yeraltı kameralarda saxlanıldığı deyilir. “Ağ dəbilqəlilər” kimi tanınan mülki müdafiə qrupu xəbərlərin araşdırıldığını açıqlayıb.

Qrup sosial media platformasında məhbusların sərbəst buraxılması üçün işlərin davam etdiyini bildirib. Səlahiyyətlilər sosial mediada Əsəd rejiminin keçmiş əsgərlərinə və həbsxana işçilərinə müraciət edərək müxalif qüvvələrə elektron yeraltı qapıların kodlarını verməyə çağırıblar. 

Həbsxananın aşağı hissələrinə çatmaq üçün səyləri göstərən videolar internetdə və xəbər kanallarında, o cümlədən “Əl-Cəzirə”də yayılır. 

Xatırladaq ki, Əsəd rejimi dövründə minlərlə məhbusun işgəncələrə məruz qaldığı və edam edildiyi bildirilirdi. Paytaxta  nəzarəti ələ keçirilərkən Homs hərbi həbsxanasından 3500-dən çox məhbusu azad edildiyi açıqlanıb. 

Bazar günü səhər saatlarında paytaxta daxil olan HTS Əsəd dövrünün ən qaranlıq işlərinin simvolu olan Sednaya həbsxanasında tiranlıq dövrünün sona çatdığını elan edib. Həbsxana düşərgəyə çevriləcək.

"Cebheinfo.az"

Избранный
58
50
cebheinfo.az

10Источники