RU

Almaniya suriyalı qaçqınların müraciətinə baxmağı dayandırıb

Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi  suriyalıların sığınacaq üçün müraciətlərinə baxılmasını dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb. Məlumatda bildirilir ki, Suriyadakı vəziyyətlə əlaqədar BAMF dekabrın 9-da suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dərhal dayandıracağını bəyan edib. Hazırda departament nümayəndəsinin qeyd etdiyi kimi, Suriyada vəziyyət qeyri-müəyyəndir və gələcək inkişafı proqnozlaşdırmaq çətindir. Bu səbəbdən də daxil olan müraciətlərlə bağlı ciddi qərarlar qəbul etmək mümkün deyil.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
26
1
konkret.az

2Источники