RU

Əsədin getməsi Türkiyədə bu şirkətlərin dəyərini ARTIRDI - SƏBƏB

Suriyada Bəşər Əsəd hakimiyyətinin dəyişməsi Türkiyənin bəzi şirkətlərinin səhmlərinin bahalaşmasına səbəb olub.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Birjasında daş və torpaq indeksi 5 faizdən çox yüksəlib.

 

İnvestorların gözləntilərinə görə, Suriyanın yenidən qurulmasında türk şirkətlərinin də xidmətlərindən geniş istifadə ediləcək. Buna görə də tikinti, sement və dəmir-polad istehsalı ilə məşğul olan şirkətlərin səhmləri bahalaşıb.

 

Xarici işlər naziri Hakan Fidan “Doha Forum 2024” tədbirində Suriyadakı hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında Türkiyənin Suriyanın yenidən qurulması prosesində bütün imkanları ilə iştirak edəcəyini bildirib.

 

Təxmini hesablamalara əsasən, Suriyanın yenidən bərpası üçün 300 milyard dollardan artıq vəsait lazımdır. Bu vəsaitin böyük hissəsi məhz inşaat işlərinə yönəldilməlidir. İnşaat işlərinin həcminin böyük olması Türkiyə şirkətlərinin xidmətlərinə ehtiyacı artıracaq.

 

Vasif

Sfera.az

 

 

Избранный
7
sfera.az

1Источники