RU

Çin Tayvan ətrafına dəniz birləşmələri və sahil mühafizə gəmilərini yerləşdirir

Çin Xalq Azadlıq Ordusu Tayvan (PLA) ətrafında hərbi təlimlərin aktiv mərhələsinə hazırlıq məqsədilə Tayvan boğazı ətrafındakı dəniz ərazilərində və Sakit Okeanın qərbində çoxsaylı dəniz birləşmələri və sahil mühafizə gəmilərini yerləşdirir.

HİT.az xəbər verir ki, bu barədə adanın müdafiə idarəsi X şəbəkəsində məlumat yayıb.

"Tayvan silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun Şərq, Şimal və Cənub Əməliyyat Komandanlığının dəniz birləşmələrini, həmçinin Tayvan boğazı ətrafındakı ərazilərə və Sakit Okeanın qərb hissəsində daxil olan sahil mühafizə gəmilərini aşkarlayıb", məlumatda deyilir.

Çin ordusu həmçinin, bazar ertəsindən çərşənbə gününə qədər qüvvədə olacaq, boğaza bağlı Zhejiang və Fujian əyalətlərinin şərqindəki hava məkanında 7 "müvəqqəti qorunan zona" yaradıb. Beynəlxalq qaydalara görə, bu cür zonalar müəyyən müddətə müvəqqəti olaraq konkret istifadəçi üçün ayrılır, lakin nəzarətçilərin icazəsi ilə digər uçuşlar oradan keçə bilər.

Buna cavab olaraq Tayvan müdafiə qüvvələri bölmələrini həyəcan vəziyyətinə salıb və PLA qruplarının hərəkətlərinə nəzarəti gücləndirib.

“Tayvanın silahlı qüvvələri boz zonaya (Tayvanın ərazi sularına yaxın ərazilər-red.) istənilən müdaxiləyə cavab verməyə və milli təhlükəsizliyi təmin etməyə hazırdır”, deyə Müdafiə Nazirliyi bildirib.

"Reuters" agentliyi adanın Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir ki, Tayvan, Yaponiyanın cənub adaları, Şərqi və Cənubi Çin dənizləri yaxınlığındakı sularda Hərbi Dəniz Qüvvələrinin 60-a yaxın gəmisi və Çin Sahil Mühafizəsinin 30 gəmisi var. Lakin Çin Xalq Respublikasının Müdafiə Nazirliyi hələlik təlimlə bağlı açıqlama verməyib.

Tayvan hökuməti, prezidenti Lai Çintenin ABŞ-ın Havay adaları ərazisində dayanması və Pekini qəzəbləndirən Sakit Okeandakı adanın diplomatik tərəfdaşlarına səfərinə cavab olaraq yaxın günlərdə PLA-nın ada ətrafında hərbi təlimlər keçirəcəyini gözləyir.

Tayvan ordusunun məlumatına görə, Çin donanması və sahil mühafizəsinin hazırkı yerləşdirilməsinin miqyası bu il Tayvan ətrafında keçirilən əvvəlki iki böyük təlimdən xeyli böyükdür.

"Onlar ilk dəfə olaraq Yaponiyadan Tayvan, Filippin və daha sonra Çinin sahil dənizlərini əhatə edən Borneoya qədər bütün adalar zəncirini hədəf alırlar", deyə Tayvanın müdafiə nazirliyindəki həmsöhbət bildirib.

Samir


 

Избранный
27
hit.az

1Источники