RU

Müğənni Aynur Dadaşova: "Hər bir qadın istəyər ki, həyatında güclü kişi olsun"

Müğənni

"Başqa xanımla illərdir münasibəti varsa, deməli, səni sevmir. Çəkildim kənara ki, xoşbəxt yaşasın. 8 ildir ayrılmışam. Həyatımda sevgi yoxdur. Marağım, həvəsim yoxdur. Çox işləyirəm, ora-bura qaçıram. 18 ilin səbri böyükdür. Hər bir qadın istəyər ki, həyatında güclü kişi olsun".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova həyat yoldaşının xəyanətindən danışarkən deyib.

"Çox yaxşı insan olub. Dedim ki, tikanlı gül olub ortada qalmaq istəmirəm. Kənara çəkilsəm yaxşıdır, bütün günü qanqaraçılıq salmayıb. Başqa xanımla illərdir münasibəti varsa, deməli, səni sevmir. Çəkildim kənara ki, xoşbəxt yaşasın.

Mən öyrənəndə artıq 4 il idi. Qəfildən bildim. Hər şeyi qulağımla eşitdim, danışıqları dinlədim və məni sudurqa tutdu. Mənimlə telefonla danışandan sonra telefonu bağlamayıb, başqa telefonla onunla danışırdı. Mən də hər şeyə qulaq asdım. O bilmirdi telefon açıq qalıb...

Heç nə demədim, telefonu bağladım və gördüm, məni sudurqa tutur. Dedim ki, ayrılaq. Əziyyət çəkdim, amma dedim, get xoşbəxt ol.

İndi onunla bağlı heç nə demirəm. Övladları ilə görüşür, mən isə onu görmək istəmirəm. Maraqlı da deyil. Heç təsadüfən üz-üzə gəlməyi də arzulamıram".

Aynur oğlu ilə bir ara münasibətlərinin olmaması haqda suala cavabında deyib: "Oğlum 13 yaşından azad böyüyüb. Gedib Türkiyədə futbola baxan uşaq olub. İndi 20 yaşı var. Övladlarıma çox gözəl tərbiyə vermişəm".
Избранный
23
50
reyting.az

10Источники