RU

"İsrail ordusu son 50 ildə ilk dəfə olaraq Suriyaya daxil olub" - "The New York Times"

 
"Məqsədimiz regionda sabitliyin təmin edilməsi, ölkənin müdafiəsi üçün müvəqqəti müdafiə mövqeyini əldə etməkdir..."
 
İsrail qoşunları 1973-cü ilin oktyabr müharibəsi dönəmindən bəri ilk dəfə olaraq İsrail-Suriya sərhəddindəki demilitarizasiya zonasının hüdudlarlndan kənara çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New Times" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu, istirahət günləri baş verib və İsrail siyasətinin əhəmiyyətli dərəcədə dəyişməsindən xəbər verir.
 
Bu əməliyyat Suriyada üsyançı qrupların uğurları və Bəşər Əsəd rejiminin süqutu ilə bağlı regionda qeyri-sabitliyin güclənməsi ilə bağlıdır.
 
İsrail qüvvələri Suriyada bir neçə strateji mövqeləri, o cümlədən Hermon dağını nəzarətə götürüb. İsrail ordusu Baş Qərargah rəisi, general-leytenant Hersi Halevi qoşunların "demilitarizasiya zonasının hüdudlarından kənara çıxdığını" təsdiqləyib, hərçənd, detalları açıqlamayıb.
 
Bundan öncə İsrail Suriyada əsasən gizli şəkildə fəaliyyət göstərərək, İranın dəstəklədiyi "Hizbullah" kimi qruplaşmalarla əlaqəli olan obyektlərə hücum edib.
 
Lakin quru qoşunların indi Suriyada yerləşdirilməsi 1974-cü ildə atəşkəs haqqında saziş bağlanan dönəmindən bəri belə miqyaslı ilk açıq tədbir olub.
 
İsrail aviasiyası istirahət günləri Suriyanın hərbi obyektlərinə, o cümlədən kimyəvi silah anbarlarına və Rusiyanın üsyançıların əlinə keçə biləcək HHM sistemlərinə zərbələr endirib.
 
"Biz İsrail ordusuna bu mövqeləri ələ keçirməyi və heç bir düşmən qüvvəsinin İsrailin bilavasitə sərhədlərində möhkəmlənməsinə imkan verməməyi əmr etmişik", - bu barədə baş nazir Binyamin Netanyahu bəyan edib.
 
Eyni zamanda, İsrail rəsmi şəxslərinin məlumatına görə, məqsəd "regionda sabitliyin təmin edilməsinə yönələn "müvəqqəti müdafiə mövqeyini" əldə etməkdir.
 
İsrail bufer zonasında Suriyanın beş kəndində komendant saatı tətbiq edib. İsrail ordusunun nümayəndəsi Aviçay Adreyin sözlərinə görə, qoşunlar ölkənin müdafiəsi üçün "zəruri olanadək" fəaliyyətdə olacaq.
 
Suriyanın insan haqları üzrə Observatoriyası İsrail tanklarının Kuneytrdə yerləşməsi barədə məlumat verib, bu da İsrailə hücum etməyə çalışan döyüş qruplarının təsirinin mümkün genişlənəcəyi ilə bağlı narahatlıq doğurub.
 
Vəziyyəti kəskinləşdirən Əsəd rejiminin süqutunun regionda qüvvələrin yenidən paylaşmasına gətirib çıxaracaq Suriyada hökm sürən qeyri-müəyyənlikdir.
Избранный
47
moderator.az

1Источники