RU

Cəzasını Ruandada çəkəcək

Dördqat "Formula 1" dünya çempionu Maks Ferstappen sentyabrın 19-da sürücülərin görüşündə nalayiq ifadələr işlətdiyinə görə FIA tərəfindən ictimai işlərə məhkum edilib.

Publika.az xəbər verir ki, o, gənclərin avtoidmanının inkişafı proqramı çərçivəsində cəzasını Kiqalidə (Ruanda) çəkəcək.

"Verstappen Kiqalidə keçiriləcək FIA-nın mükafatlandırma mərasimində iştirak edəcək və eyni zamanda gənc sürücülər üçün təlimlər keçirəcək. Bu, yerli avtomobil klubunun təşəbbüsünün bir hissəsidir", - deyə FİA-nın açıqlamasında bildirilir.

Qeyd edək ki, niderlandlı pilot ardıcıl dördüncü mövsümü çempion kimi başa vurub.

Избранный
34
publika.az

1Источники