Bakı, 9 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən indiyədək ölkə ərazisində 103 min 419 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 808,3 milyon manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.