RU

Bill Qeyts: “İndiki uşaqlar kimi böyüsəydim, milyarder olmazdım”

Bill Qeyts smartfonların və sosial şəbəkələrin uşaqların inkişafı üçün zərərindən danışıb.

Demokrat.
az xəbər verir ki, o, müasir texnologiyanın uşaqda dərin təfəkkürün inkişafına necə mane ola biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Qeyts smartfonlar və sosial mediadan istifadə etsəydi, indi milyarder olmayacağını bildirib.

Onun sözlərinə görə, uşaqikən dostları ilə gəzib-dolaşmaq, xarici dünyanı kəşf etmək, oxumaq ona bu gün 3,26 trilyon dollar dəyərində olan şirkəti tapmağa kömək edib.

Qeyts öz auditoriyasına Nyu York Universitetinin sosial psixoloqu Conatan Haidtin “The Anxious Generation” kitabını tövsiyə edib.

Milyarder karyerası boyu uğurunu tez-tez oxuma vərdişi və özünü təcrid etmək bacarığı ilə əlaqələndirib.

 
Əfsanə Kamal
Demokrat.az


Избранный
47
demokrat.az

1Источники