RU

Əziz Yıldırımdan gözlənilməz qərar

"Fənərbağça"nın sabiq prezidenti Əziz Yıldırım yeni mövsümdən əvvəl klubun Ali Şurasının İdarə Heyətinin iclasında iştirak edəcək.

AzxeberSport xəbər verir ki, bu barədə "Sports Digital" nəşri məlumat yayıb.

Qeyd olunub ki, funksionerin iclasda iştirak etməyi dəstək məqsədlidir. Onun bu addımı Türkiyədə təəccüblə qarşılaşıb.

Ali Şuranın İdarə Heyəti iyulun 27-də toplanacaq.

Xatırladaq ki, Əziz Yıldırım 1998-2018-ci illər aralığında adıçəkilən klubun prezidenti olub və bu ilin iyunda keçirilən seçkilərdə Ali Koça məğlub olub.

Избранный
39
azxebersport.az

1Источники