RU

Azərbaycan Bodibildinq və Fitnes Federasiyası növbəti mövsüm üçün heyətini formalaşdırmağa başlayıb

Bakı. Trend:

Azərbaycan Bodibildinq və Fitnes Federasiyası növbəti mövsümünheyətini formalaşdırmağa başlayıb.

Trend xəbər verirki, təşkilatın İcraiyyə Komitəsi qarşıdakı Avropa çempionatındaiştirak edəcək idmançıları müəyyənləşdirəcək. Heyətdə tanınmışidmançılarla yanaşı, gənc idmançılarının da yer almasıgözlənilir.

Azərbaycan yığması 2024-cü ildə beynəlxalq arenadakı çıxışınıbaşa vurub. Mövsüm ərzində komandamız iki böyük yarışda uğurlunəticələrlə ölkəmizi təmsil edib.

Santa-Sussanada keçirilən Avropa çempionatında böyük uğur

Azərbaycan bodibildinqçiləri Santa-Sussanada (İspaniya)keçirilən Avropa çempionatında möhtəşəm nəticə ilə yadda qalıblar.Komanda bu yarışda 7 qızıl, 6 gümüş, 6 bürünc medal və 4 mütləqçempionluq qazanıb. Nəticədə Azərbaycan komandası ümumi komandahesabında 1-ci yeri tutub.

Mütləq çempion olan idmançılar beynəlxalq arenada debütləriilində bu böyük uğura imza atıblar. Təmsilçilərimizdən PərvizQasımov (bodibildinq), Rauf Əliyev (Muscular Men’s Physique), FarizNəcəfli (Men’s Physique) və gənc Aşur Abdullayev (Men’s Physique)uğurlu çıxışları ilə diqqət çəkiblər.

Dünya kubokunda da uğur qazanılıb

Azərbaycan komandası Santa-Sussanada keçirilən Dünya kubokundada uğurlu nəticələr əldə edib. Təmsilçilər yarışda 4 qızıl, 2 gümüşvə 4 bürünc medal qazanaraq böyük nailiyyətlər əldə ediblər. ElnurAllahyarlı (bodibildinq) və Fariz Nəcəfli (Men’s Physique) mütləqçempionluq qazanan idmançılar arasında yer alıblar.

Nəticələr ümumi uğura gətirib çıxıb

Yekunda Azərbaycan yığması 2024-cü ili 11 qızıl, 8 gümüş və 10bürünc medalla başa vurub. Komandanın 6 idmançısı mütləq çempiontituluna yiyələnərək tarixi uğurlara imza atıb.

Federasiya növbəti dövrlərdə də beynəlxalq yarışlarda iştiraklaAzərbaycan idmanının bayrağını yüksəkdə tutmağa davam edəcək.

Избранный
41
az.trend.az

1Источники