RU

Bakıda uşağın qarnından qapı dəstəyi çıxarılıb

Bakıda azyaşlının qarnından qapı dəstəyi çıxarılıb.
 
Xətai Tibb Mərkəzinə gətirilən 10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi batdığı məlum olub.

"Lent.az”ın məlumatına görə, hadisə 107 nömrəli məktəbdə baş verib.

5-ci sinif şagirdi məktəbin sanitar qovuşağına gedərkən sürətlə qaçdığı üçün qapının dəstəyinə toxunub. Nəticədə yad cisim şagirdin qarın boşluğuna batıb.

Məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib.Azyaşlı tibb müəssisəsinə çatdırılıb.

Əməliyyat edilən xəstənin vəziyyətinin hazırda qənaətbəxş olduğu qeyd edilib.

www.anews.az
Избранный
32
9
anews.az

10Источники