RU

Sumqayıta gedən qatar niyə gecikib? - Açıqlama

Abşeron dairəvi dəmiryol marşrutu üzrə Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan qatarın qarşısına Sumqayıt sahəsində qəfil at çıxıb.

 Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, maşinist tərəfindən tormozlama edilsə də, məsafə az olduğu üçün toqquşma hadisəsinin qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən qatar həmin sahədə bir müddət dayanmalı olub. Nəticədə, hadisə Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların hərəkətində gecikmələrə səbəb olub.

“Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Sahibsiz buraxılan təsərrüfat heyvanları qatarların hərəkətinə ciddi təhlükə yaradır.

Xatırladaq ki, bu il ərzində ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 42 dəfə toqquşub. Nəticədə, heyvanlar tələf olur, qatarlara zərər dəyir. Maşinist təcili tormozlama etməli olur, bu isə qatar heyətinin və sərnişinlərin həyatına risk yaradır” , - məlumatda bildirilib.

Избранный
37
1
qafqazinfo.az

2Источники