RU

Elmi işlərin ödəniş qarşılığında yazılması: Bu işə nəzarət edilirmi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sosial şəbəkələrdə elmi işlərin ödəniş qarşılığında yazılması təklif edilir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusilə tələbələrə edilən bu təkliflərdə elmi işlərin hazır şəkildə təqdim edilməsi ödəniş qarşılığında həyata keçirilir.
Universitetlərin mətbuat xidmətlərindən verilən məlumata görə, proseslə mübarizə məqsədilə universitetlərdə komissiya fəaliyyət göstərir. Elmi işlərdə plagiatın aşkarlanması üçün antiplagiat sistemindən istifadə edilir, həmçinin antiplagiat komissiyası da bu işlə məşğul olur.
Ekspertlərin sözlərinə görə isə, qanunvericilikdə bu məsələ ilə bağlı heç bir qadağa nəzərdə tutulmayıb. Bu səbəblə sözügedən elanlar açıq şəkildə reklam edilir. Hətta aidiyyəti üzrə komissiyaların işini belə məsələni aşkar etməkdə xeyli çətinləşdirir.
Mütəxəssislərin fikrincə, Azərbaycanda pulla yazdırılan elmi işlərin sayı son illər kifayət qədər artıb. Məlumat üçün bildirək ki, ölkədə elmi işlərin yoxlanılması prosesini, həmçinin Ali Attestasiya Komissiyası həyata keçirir. Orijinallıq xüsusi komanda və proqramlar vasitəsilə yoxlanılır.
Komissiyada elmi işin plagiat olması aşklarlandığı halda iş rədd edilir. Kanal əməkdaşları Ali Attestasiya Komissiyasına müraciət etsələr də, indiyə kimi aşkarlanan belə hallarla bağlı heç bir açıqlama verilməyib.
Ətraflı süjetdə:
Избранный
47
3
oxu.az

4Источники