RU

Yaxın Şərqdə siyasi xəritə dəyişə bilər - RƏY


Suriyanın gələcək taleyi Türkiyənin iradəsinə bağlıdır

Suriyada baş verənlər fonunda Yaxın Şərqdə siyasi xəritənin dəyişə biləcəyi, yeni dövlətlərin, yaxud ən azı özünüidarəetmə çərçivəsində yeni muxtariyyətlərin ortaya çıxacağı görünür. Yaxın Şərqdə iştirakçı ölkələrin hər birinin dəstəklədiyi və maraqlarını onlar üzərindən həyata keçirdiyi yerli faktorlar var.
Qeyd edək ki, ötən gün müxalif qrupların Suriyanın paytaxtı Dəməşqi ələ keçirməsindən sonra 53 illik Əsəd sülaləsi rejimi sona çatıb. Dəməşqi tərk edən Bəşər Əsədin taleyi məlum deyil.


Siyasi şərhçi Vüqar Dadaşovun “Sherg.az”a açıqlamasına görə, Suriyada Bəşər Əsəd rejiminin devrilməsində Türkiyənin, cənab Ərdoğanın birbaşa rəhbərliyi və iştirakı heç bir şübhə doğurmur. O bildirib ki, Türkiyə bununla İrana, Rusiya və hətta eyni cəbhədən çıxış etdiyi ABŞ-yə bir daha sübut etdi ki, regionun söz və güc sahibidir: “Türkiyə regional, qlobal problemlərin həllində keçilməz oyunçu dövlətdir. Əlbəttə ki, 13 il əvvəl Suriya rejiminə qarşı vətəndaş müharibəsində Bəşər Əsədin devrilməməsində Rusiyanın, İranın dəstəyi vacib faktor idi. Rusiyanın Ukrayna ilə, İranın isə faktiki olaraq İsraillə zəiflədilməsi Suriyanın, Bəşər Əsəd rejiminin taleyinə də təsir göstərdi. Ancaq ən əsası isə Türkiyənin Bəşər Əsədin danışıqlara gedəcəyinə inanıb, Suriyaın suverenliyini qorumaq və rəsmi Dəməşqdən onun ərazisindən Türkiyənin təhlükəsizliiyinə zəmanət və təminat veriləcəyinə inanması idi. Rusiya və sair bir sıra qüvvələrin "dəminə" gedən Bəşər Əsəd Türkiyə və cənab Ərdoğanla danışıqlardan müxtəlif bəhanələrlə yayınaraq siyasi ədəbsizlik etdi və nəhayət cəzalandırıldı. Bəşər Əsəd rejiminin devrilməsində əsas qüvvə Türkiyə və ABŞ müttəfiqlik etsə də, nəticədən sonra Suriyanın taleyi və idarəçiliyində Türkiyə və ABŞ arasında kəskin fikir ayrılığı olacaq. Ancaq Donald Trampın prezidentliyindən sonra ABŞ üçün Suriya o qədər də önəm daşımayacaq. Heç şübhəsiz ki, Suriyanın gələcək taleyi Türkiyənin iradəsinə bağlıdır”.
Bəşər Əsədin şəxsi taleyinə gəldikdə isə siyasi şərhçi deyib ki, onun İranda sığınmaq ehtimalı çox azdır: “İranın öz ərazisində öz liderlərinin belə təhlükəsizliyini təmin edə bilməməsi Bəşər Əsədin İrana getməsi üçün əsas maneədir. ABŞ və İsrailin mövqe və kəşfiyyatının güclü olduğu ərəb ölkələrinə də Bəşər Əsədin sığınmağı mümkünsüzdür. Bəşər Əsəd üçün ən təhlükəsiz ölkə məhz Rusiya görünür. Digər tərəfdən də, Rusiya İrandan fərqli olaraq dəstəklədiyi liderlərin taleyinə biganə qalmır. Həm də Rusiya belə davranışları ilə siyasətinin yeridilməsinə imkan açır və bir növü etibarlılıq zəmanəti nümayiş etdirir”.

Избранный
130
sherg.az

1Источники