RU

Abxaziya sosial ödənişlərin bərpası tələbi ilə Rusiyaya müraciət edib

Abxaziyanın baş naziri vəzifəsini icra edən Bqanba Mişustindən sosial ödənişləri bərpa etməyi xahiş edib...

Abxaziyanın baş naziri vəzifəsini icra edən Valeri Bqanba Rusiyanın baş naziri Mixail Mişustinə ölkədə sosial ödənişlərin bərpası xahişi ilə müraciət edib.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinə Bqanbanın özü məlumat verib.

“Mən Mişustinə əmək haqqının və ümumilikdə sosial ödənişlərin birgə maliyyələşdirilməsini dayandırmaq üçün məktub göndərdim”, deyə tanınmamış respublukanın rəsmisi bildirib.

Bundan əvvəl Bqanba məlumat vermişdi ki, Abxaziyada məktəblər və uşaq bağçaları enerji çatışmazlığı səbəbindən dekabrın 10-dan etibarən bağlanacaq. Onun sözlərinə görə, bazar ertəsindən etibarən Abxaziyada gün ərzində işıqlar 2 saat 20 dəqiqə yandırılacaq. Saat 21:00-dan 07:00-a kimi elektrik enerjisində fasilələr olmayacaq. Bqanba qeyd edib ki, Rusiyadan gələn elektrik enerjisi axınının ödənilməsinə xeyli vəsait xərclənir.

Dekabrın 4-də Bqanba hökumət üzvləri ilə görüş keçirib. İclas zamanı o, energetika sahəsində fövqəladə vəziyyət elan edib və buna görə də respublikada fövqəladə vəziyyətin tətbiq edilməli olacağını istisna etməyib.

Poliqon.info

Избранный
21
poliqon.info

1Источники