RU

Messi 18 ildən sonra ilk dəfə bunu bacarmadı

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPRO) seçilən oyunçulardan ibarət ilin rəmzi komandasını təqdim edib.

Fanat.Az xəbər verir ki, qurumun rəsmi saytının açıqladığı siyahıda "İnter Mayami" və Argentina yığmasının kapitanı Lionel Messi yer almayıb. 

Beləliklə, ulduz futbolçu 18 ildən sonra ilk dəfə FIFPRO komandasına daxil edilməyib.

Rəmzi "11-liy"ə 2023/24 mövsümündəki çıxışlarına görə ən çox səs toplayan oyunçular daxil edilib. Səsvermədə 21 266 futbolçu iştirak edib.

Messi 2006-cı ildən sonra ilk dəfə ora düşməyib. Kriştianu Ronaldu isə ardıcıl ikinci dəfə simvolik komandaya daxil edilməyib. Əvvəllər o, ardıcıl 15 dəfə bunu bacarmışdı.

Mirağa

Избранный
44
fanat.az

1Источники