RU

Allergik rinitə qarşı  10 təsirli tədbir

Allergik

Bəzi ehtiyat tədbirləri ilə allergik rinitin simptomlarını aradan qaldıraraq daha rahat bir həyat sürmək mümkündür.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə tövsiyələrini bölüşən Qulaq Burun Boğaz Xəstəlikləri Mütəxəssisi Dos. Dr. Filiz Gülüstan bununla bağlı aşağıdakı 10 təklifi qeyd edib:

1. Ətraf mühit faktorları çox olsa da, ilk və ən vacib tədbir allergendən qorunmaqdır. Buna görə də, mümkün qədər allergenlərdən uzaq durmağa çalışın.

2. Çəmən biçmək və ya alaq otlarını çıxarmaq kimi bağçılıq işlərindən çəkinin, çünki bu fəaliyyətlər havaya allergenlər buraxır.

3. Çöldən evə gələndə paltarınızı dəyişin.

4. Duş qəbul edərək dəri və saçınızdakı allergenləri təmizləməyi unutmayın.

5. Yaz aylarında paltarları, dəsmalları və çarşafları çöldə qurutmayın.

6. Tozcuqların çox olduğu dövrlərdə şikayətlər başlamazdan əvvəl allergiya dərmanlarınızı istifadə edə bilərsiniz.

7. Tozcuq miqdarının çox olduğu günün ilk saatlarında çöldə vaxt keçirməməyə diqqət edin.

8. Pəncərələri qapalı və açıq havada açmaq əvəzinə, polen filtrləri ilə müntəzəm qulluq edilən kondisionerləri seçin.

9. Evinizi mütəmadi olaraq Hepa filtrli tozsoranla təmizləyin.

10. Quru mövsümlərdə otağı nəm saxlamaq üçün buxar otağı nəmləndiricilərindən istifadə edin. Bununla belə, cihazda heç bir göbələk böyüməməsinə diqqət yetirin. Evdəki rütubəti balanslaşdırın. Rütubət 60 faizdən çox olmamalıdır. Torpaqda və otaq bitkilərində yaşayan qəliblər ətrafa yayılaraq allergiyaya səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Избранный
12
e-saglam.az

1Источники