RU

Bakı Ali Neft Məktəbində beynəlxalq elmi konfrans keçirildi - Fotolar

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə keçid” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, elm və təhsil nazirinin müavini İdris İsayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, energetika nazirinin müavini Orxan Zeynalov, “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev və bp-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak və çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov konfransın əhəmiyyətini vurğulayıb və əsas məqsədin davamlı gələcəyin iqtisadi, ekoloji və texnoloji məsələlərinin tədqiqini təşviq etmək, yeni perspektivləri auditoriya ilə bölüşmək olduğunu bildirib. 

Qeyd olunub ki, konfrans Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilib. 

“Bərpa olunan enerji”, “Yaşıl iqtisadiyyat”, “Yaşıl kimya” və “Ekoloji təmiz texnologiyalar” mövzularında ümumilikdə 275 tezis təqdim edilib, bunlardan 161-i qəbul olunub. Qəbul olunma nisbəti 59% təşkil edir. Həmçinin 17 müxtəlif xarici ölkədən, ümumiyyətlə 20 tezis daxil olub. 







Избранный
56
2
qafqazinfo.az

3Источники