RU

Ölkələr Suriyada islamçı hökumətin yaranmasından qorxurlar -“Reuters”

Körfəz Araşdırmalar Mərkəzinin direktoru Əbdüləziz əs-Sager, Bəşər Əsədin qəfil devrilməsi səbəbindən bölgənin daxilində və xaricində güclü bir hakimiyyət boşluğunun yaranacağı qorxusunun olduğunu söylədi.
Turkustan.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin devrilməsi sərt xəttli islamçı hökumətin yaranmasına və ya ölkədə islamçı qrupların artan təsirinə nəzarət edə bilməyən hökumətin yaranmasına səbəb ola bilər. Bu barədə “Reuters” analitik və diplomatlara istinadən məlumat yayıb.

Agentlik Körfəz Araşdırmalar Mərkəzinin direktoru Əbdüləziz əs-Sagerdən sitat gətirib: “Bölgənin daxilində və xaricində Əsədin qəfil süqutu səbəbindən yarana biləcək hakimiyyət boşluğundan böyük qorxu var”. Nümunə kimi o, İraq və Liviyanın keçmiş liderləri Səddam Hüseyn və Müəmmər Qəddafinin devrilməsindən sonra uzun sürən vətəndaş müharibələrini göstərib.

"Üsyançı qüvvələrin parçalanması ilə Suriyanı idarə etmək üçün heç bir plan yoxdur və ekstremist islamçı qrupların çiçəklənməsinə imkan verə bilər"- deyə, Qərb diplomatı Reuters agentliyinə bildirib.
Aytən Yaşar/ Turkustan.az

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ




Избранный
34
turkustan.az

1Источники