RU

Ünvanı dəyişən azarkeşlik 

Və ya Əli Kərimlinin azarkeş olaraq qalması 

Azarkeşlik etmək qəbahət deyil, Əli Kərimlinin azarkeşliyi isə başqa bir mənzərədir. İddiasını həyata keçirə bilməyən digərləri kimi onun da azarkeşliyi xaricdə baş verənlərə qalıb. 2003-cü ildə də bu azarkeşlik bir ünvana, 2005-ci ildə bir başqa ünvana, 2011-ci ildə yenidən başqa bir ünvana yönəldi.

Hətta 2018-ci ildə azarkeşliyin ünvanı tam dəyişdi. Amma azarkeş özü dəyişmədi, elə azarkeş olaraq da qaldı. İndi də başqa ünvanlara azarkeşlik etməkdədir.

Siyasi mühitdə öz iddiasına nail ola bilməyən Əli Kərimli və onun yanında yer tutan digər populistlər başqa ölkələrdə kimlərinsə əli ilə gerçəkləşdirilən siyasi xaosların təsirində öz azarkeşliklərini hələ də davam etdirirlər. Bu dəfə Gürcüstanda baş verənlər və Suriya hadisələri onların azarkeşlik ünvanına çevrilib.

Siyasi uğursuzluq sindromu yaşayan Əli Kərimli xaricdə baş verənlərdən danışmaqla gündəmdə qalmağa çalışır. Eyforik düşüncə, mitinq, anarxiya onun siyasi gündəminin əsas məzmununu təşkil edir. Xəyali olaraq hər şeyi Azərbaycana transfer edir və utopik düşüncənin kuliminasiyasına qədər yüksəlir.

Utopiya isə onu reallıqdan ayırır. Çünki Azərbaycanda bu cür utopiyaları reallaşdırmaq üçün Əli Kərimlinin nə ciddi siyasi potensialı, nə də tərəfdarı var. Ona görə də Əli Kərimli və onun dəstəsi bir qayda olaraq, xarici olaylardan ağızdolusu danışmaqla ictimai-siyasi manipulyasiya ilə məşğul olur. 

Özünü qərbyönümlü “demokrat” kimi qələmə verən Əli Kərimli üçün lazım gələndə yön dəyişdirmək, əks qütbə dönmək adi həyat normasıdır. İdeoloji bazası olmayan, siyasi strategiyasını 30 ilə müəyyənləşdirə bilməyən bir adam üçün siyasət məhz yön dəyişmədən və ya haradasa baş verən siyasi xaosların NAĞILÇILIĞINDAN ibarət olur. 

2013-cü ildə Əli Kərimli Şimal küləyinin təsirinə elə düşdü ki, onun tozunu hələ də silib qurtara bilmir. Ölkəmizə qarşı hazırlanan Milli Şura layihəsinin təməlində dayananlardan biri kimi anti-Azərbaycan planlarının tam mərkəzində yer alırdı. Təbii ki, xarici qüvvələrin dirijorluğu ilə siyasi “oyun”lar qurmaq, siyasi xaos yaratmaq mümkün olmayanda, növbəti frustrasiya yaşayan Əli Kərimli Qərbə boylanmağa başladı. Bütün bunların fonunda Əli Kərimlinin Qərbdə olan anti-Azərbaycan dairələri ilə əməkdaşlığı da məlumdur.

Bu gün Gürcüstanda baş verənlərin mahiyyəti hər kəsə aydındır. Tbilisidə gürcü xalqının ARZUSUnu ürəyində qoymaq və öz maraqlarını təmin etmək uğrunda mübarizə aparanlar özləri üçün bir plasdarm hazırlayıblar. Qərb və Rusiya arasında gedən kəskin mübarizənin geosiyasi təsirinin olacağını düşünən Əli Kərimlinin yenə də sosial şəbəkə qəhrəmanlığı tutub. 

“İnternetim yoxdur” deyə-deyə, az qala əlində telefon gəzdirən hər kəsi evinə yığaraq, hay-həşir salır və özünə olan təzyiqlərdən danışır. ABŞ-dən, Avropadan Azərbaycana təzyiq göstərilməsini istəyir. Əli Kərimlinin hər zaman olduğu kimi indi istədiklərinin də elə arzu və istək olaraq qalacağı məlumdur.

Lakin əsl faciə bu istəyin özüdür. 

Qərb və Rusiya arasında Gürcüstanda Cənubi Qafqaz uğrunda davam edən geosiyasi toqquşmanın Azərbaycana keçməsini arzulamaq, xalqın, dövlətçiliyin zəif düşməsi hesabına öz niyyətinə çatmaq milli düşüncə və dövlət təfəkkürü sayıla bilərmi? Bu gün gözümüzün qarşısında bölünmüş, parçalanmış Gürcüstan nümunəsi var. Bir də öz gücünə ərazi bütövlüyün bərpa edən yaşadığımız Azərbaycan var.

Hansı yaxşıdır? Zəif, yıpranmış Gürcüstan, yoxsa qüdrətli ordusu, azad torpaqları, suverenliyi, müstəqilliyi həqiqi mənada yaşayan Azərbaycan? 

Cəmiyyətin böyük kəsimi bu sualları özünə verib və cavabını da alıb. Əli Kərimli isə öz şəxsi maraqları naminə Ermənistandan və Gürcüstandan fərqli olaraq, regionun ən sabit ölkəsi olan Azərbaycanda gərginliyin yaranmasını arzulayır, bəzən də xəyal edir. Siyasi əqidəsindən asılı olmayaraq, dövləti və dövlətçiliyi düşünən hər kəs bu düçüncənin özülünü təxribatın təşkil etdiyini bilir.

Ona görə də Kərimli dəstəsi artmayan boş çoxluğa bərabərdir, yolu isə vinti olduqlarının arzularının gerçəkləşməsi xülyasıdır... 

Lakin azarkeşlik arzuların gerçəkləşməsi deyil... 

Rəfail Becanov

Избранный
39
cebheinfo.az

1Источники