RU

Deputat: Orqan transplantasiyasında yeniliklərin icra edilməsi üçün müzakirələr aparılmalıdır

Bakı, 10 dekabr, AZƏRTAC

“Milli Məclisdə orqan transplantasiya ilə bağlı qəbul edilən qanun hər kəs üçün vacibdir. Ancaq qanunun qəbul edilməsi məsələnin həlli demək deyil”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfransda jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı Soltan Məmmədov söyləyib.

Deputat qeyd edib ki, tibbi yeniliklər, icbari tibbi sığortanın tətbiq edilməsi dövlətimizin səhiyyə sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir: “Transplantasiya sahəsində qanunun tətbiq edilməsi üçün ölkəmizdə genişmiqyaslı işlər görülür. Xüsusilə kadr potensialının artırılması, tibbi müəssisələrin təkmilləşdirilməsi ilə bağlı bir çox yeni layihələr həyata keçirilib.

Düşünürəm ki, bu konfrans beynəlxalq təcrübənin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Çünki digər sahələrdə olduğu kimi orqan transplantasiyasında yeniliklərin icra edilməsi üçün müzakirələr aparılmalıdır”.

Избранный
43
azertag.az

1Источники