Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İstənilən yüklənmənin qarşısını almaq və gediş-gəlişi asanlaşdırmaq üçün Yayladağı sərhəd-keçid məntəqəsini açırıq. Biz miqrantların könüllü qayıtması prosesini də idarə edəcəyik", - o bildirib.
Qeyd edək ki, keçid məntəqəsi 2013-cü ildən sərhəd yaxınlığında döyüşlər səbəbindən bağlanıb.
8 dekabrda Əsədin devrilməsindən sonra suriyalı qaçqınların öz vətənlərinə böyük köçü başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31