RU

Türkiyə mətbuatı: 10 dekabr 2024

“Hürriyet” “Ərdoğan: ''Türkiyənin başqa ölkənin torpağında və suverenliyində gözü yoxdur”

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bu ifadələrə yer verib: "Türkiyənin başqa ölkənin torpağında və suverenliyində gözü yoxdur. Sərhəddən kənarda keçirdiyimiz əməliyyatlarımızın yeganə məqsədi vətənimizi və vətəndaşlarımızı terror hücumlarından qorumaqdır. Nə PKK, və onun Suriyadakı qolları, nə də DEAŞ ölkəmizin tərəfmüqabili deyil''.

''Yıldız'':  Hakan Fidan Suriya ilə bağlı çağırış etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən 15-ci Səfirlik Konfransındakı etdiyi çıxışında deyib: "Suriyada yeni bir dövr başladı. Beynəlxalq aktyorlar Suriya xalqına əl uzatmalıdır. Türkiyə Suriyada siyasi birliyin,rifahın, təhlükəsizliyin və sabitliyin təmin ediləsi üçün səylər göstərməyə davam edəcək.

''Yenişafak'': Türkiyədəki suriyalılar ölkələrinə geri qayıdır

Ölkələrində gedən vətəndaş müharibəsi səbəbindən Türkiyəyə sığınan suriyalılar 61 illik Baas rejiminin devrilməsindən sonra Suriyaya qayıdırlar. Məlumata görə, bu səbəbdən Hataydakı Cilvegözü sərhəd-buraxılış məntəqəsində sıxlıq yaşanır.

''Vatan'': Abdulkadir Uraloğlu: ''Növbəti yeniliyə imza atdıq''

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu aprelin 17-də İstanbul Hava Limanında 3 uçuş-eniş zolağının eyni anda fəaliyyət göstərəcəyini ifadə edib. 

''Sabah'': Zeyrek Çinili Hamamı və Diyarbəkir Ekspresi ''Dünyanın ən gözəl yerləri'' siyahısına daxil edilib

Türkiyə ''Time'' jurnalının 2024-cü il üçün dərc etdiyi ''Dünyanın ən gözəl yerləri'' siyahısına  öz davğasını vurub. Məlumata görə, İstanbuldakı Zeyrek Çinili Hamamı və Diyarbəkir Ekspresi siyahıya daxil edilib.



Избранный
29
trt.net.tr

1Источники